23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

“Paris-2024”: Azərbaycanın daha bir sərbəst güləşçisi 1/4 finalda

10-08-2024
IMG

Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Fhnews.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev 1/8 finalda meksikalı Ostin Qomeslə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançı 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə Macarıstan təmsilçisi İsmail Muszukayevlə üz-üzə gələcək.

Bu gün, həmçinin digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kiloqram) Dominikan Respublikasından olan Luis Miqel Peresi məğlub edərək adını növbəti raunda yazdırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Paylaş: