“Paris-2024”: Azərbaycanın daha bir idmançısı Paralimpiya çempionu olub
Azərbaycan paraatleti Səid Nəcəfzadə “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Fhnews.az xəbər verir ki, T12 kateqoriyasında çıxış edən idmançı uzunluğa tullanma üzrə yarışda qüvvəsini sınayıb.
7,27 m nəticə göstərən S.Nəcəfzadə paralimpiya çempionu adına yiyələnib.
Paraüzgüçü Raman Saley (S13 kateqoriyası) isə 50 metr məsafəyə sərbəst üsulla üzmədə finala yüksələ bilməyib.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində üç medal var. Parataekvondoçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) gümüş, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) bürünc medal qazanıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...