“Paris-2024”: Azərbaycanın daha bir boksçusu çıxışını başa vurub
Azərbaycan boksçusu Nicat Hüseynov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fhnews.az xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə Dominikan Respublikasını təmsil edən Junior Alkantara Reyeslə qarşılaşıb.
Turnirə 1/8 finaldan başlayan idmançımız bu qarşılaşmada rəqibinə məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, Azərbaycanın digər boksçusu Alfonso Dominqes (92 kiloqram) 1/4 finala yüksəlib. O, bu mərhələdə qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...