“Paris-2024”: Azərbaycanın daha bir boksçusu 1/4 finala yüksəlib
Azərbaycanın daha bir boksçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
Fhnews.az xəbər verir ki, 80 kiloqramda çıxış edən Murad Allahverdiyev debütdə Abdelrahman Abdelqavvadı (Misir) mübarizədən kənarlaşdırıb.
Təmsilçimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Qeyd edək ki, yığmamız Parisə 5 boksçu ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) 1/4 finala yüksəlib.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...