“Paris-2024”: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası finala yüksəlib
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarında finala yüksəlib.
Fhnews.az xəbər verir ki, 5 halqa, 3 lent və 2 top proqramları üzrə çıxışların cəminə əsasən 62,000 xal toplayan Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv həlledici mərhələdə iştirak hüququ qazanıb.
Onlar yekun nəticəyə əsasən 14 yığma arasında 8-ci sırada qərarlaşıb.
Qeyd edək ki, final yarışları avqustun 10-da keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...