23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

“Paris-2024”: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası tarixi nəticə qazanıb

10-08-2024
IMG

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.

Fhnews.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 3 lent və 2 topla hərəkətlərdə 31.600 xal toplayıb.

Daha əvvəl 5 halqa proqramında hakimlərdən 34.850 xal alan yığma iki hərəkətin cəmində 66.450 xalla 5-ci pilləni tutaraq tarixi nəticəyə imza atıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.

Paylaş: