“Paris-2024”: Azərbaycan triatlonçusu çıxışını başa vurub
Azərbaycan triatlonçusu Rostislav Pevtsov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fhnews.az xəbər verir ki, idmançı finiş xəttinə 43-cü çatıb. Ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edən R.Pevtsov turnirlə vidalaşıb.
Xatırladaq ki, ötən gün keçirilməli olan triatlon yarışı Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən təxirə salınmışdı.
Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...