“Paris-2024”: Azərbaycan təmsilçilərinin 24-ü İdman Akademiyasının tələbə və məzunlarıdır
Ötən gün Fransanın paytaxtı Parisdə açılış mərasimi keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növündə 48 idmançı ilə təmsil olunur.
Fhnews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 24-ü Azərbaycan İdman Akademiyasının tələbə və məzunlarıdır.
Belə ki, builki Olimpiya oyunlarında İdman Akademiyasının 10 tələbəsi - Nicat Hüseynov (boks), Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası), Ləman Əlimuradova, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Darya Sorokina (hamısı bədii gimnastika, qrup hərəkətləri komandası), Ramil Vəlizadə (üzgüçülük), Balabəy Ağayev, Yaşar Nəcəfov (hər ikisi cüdo) və 14 məzunu - Ruslan Lunyov (10 m, pnevmatik tapança), Malik Həsənov, Murad Allahverdiyev, Məhəmməd Abdullayev (hamısı boks), Əliabbas Rzazadə, Hacı Əliyev, Turan Bayramov (hamısı sərbəst güləş), Murad Məmmədov, Həsrət Cəfərov, Sənan Süleymanov, Rafiq Hüseynov (hamısı yunan-Roma güləşi), Hidayət Heydərov, Leyla Əliyev, Gültac Məmmədəliyeva (hamısı cüdo) iştirak edir.
Olimpiya təmsilçilərimizə uğurlar arzulayan Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev tələbələrin Olimpiya oyunlarındakı iştirakı ilə bağlı fikirlərini bölüşüb: “Azərbaycan İdman Akademiyası olaraq tələbələrimizin həm idman, həm də təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən qürur duyuruq. Bizim məqsədimiz gənclərimizin yüksək səviyyəli idmançılar və savadlı vətəndaşlar kimi yetişməsinə töhfə verməkdir. Bu yolda hər bir tələbə və məzunumuza uğurlar və qələbə sevinci yaşamağı arzu edirik”.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...