“Paris-2024”: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
Azərbaycan paraüzgüçüsü Raman Saley “Paris-2024” Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
Fhnews.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən Paralimpiya çempionu 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb. O, finişə 1 dəqiqə 67 saniyə ilə çataraq ikinci olub.
Qeyd edək ki, daha əvvəl paratekvondoçularımız İmaməddin Xəlilov (70 kiloqram) qızıl, Sabir Zeynalov (58 kiloqram) isə bürünc medal qazanıblar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...