“Paris-2024”: Azərbaycan paracüdoçuları bürünc medal uğrunda yarışacaqlar
Azərbaycanın üç paracüdoçusu “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fhnews.az xəbər verir ki, yarışa 1/8 finaldan start verən Xatirə İsmiyeva (J1 kateqoriyası, +70 kiloqram) Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhaniyə ipponla qalib gələrək növbəti raunda adlayıb. O, 1/4 finalda türkiyəli Nazan Günəşə uduzub.
Digər paracüdoçularımız Dürsədəf Kərimova (J2 kateqoriyası, +70 kiloqram) 1/4 finalda braziliyalı Rebeka de Souza Silvaya, kişi idmançımız İlham Zəkiyev (J1 kateqoriyasında, +90 kiloqram) isə fransalı Ceyson Qrandraya məğlub olublar.
Hər üç paracüdoçu bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 2 gümüş və 3 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...