23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Paris-2024”: Azərbaycan boksda ən çox lisenziya qazanan Avropa ölkələri sırasında

31-05-2024
IMG

Kişi boksçulardan ibarət Azərbaycan millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına ən çox lisenziya qazanan Avropa ölkəsi adına şərik olub.

Fhnews.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ölkəmizdən başqa, hələlik meydan sahibləri və İspaniya kişilərin mübarizəsində 4 çəki ilə təmsil olunmaq hüququna yiyələnib. Rekorda sahib olan 3 ölkənin ən yaxın izləyiciləri İtaliya, Türkiyə və İrlandiyanın hesabında üç vəsiqə var.

Yığmanın heyətində Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) Fransanın paytaxtına lisenziya əldə ediblər.

Qeyd edək ki, Azərbaycan millisi Parisdə 7 çəki dərəcəsindən altısında təmsil şansını da saxlayır. Yığmanın daha iki üzvü Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində çıxışını davam etdirir. Boksçulardan Şamil Əsgərov (57 kiloqram) və Alfonso Dominges (92 kiloqram) “dördlüy”ə qoşula bilərlər.

Paylaş: