“Masdar”: Günəş və külək enerjisindən səmərəli istifadə Azərbaycanın yaşıl enerji konsepsiyasının əsas elementlərindəndir
“Azərbaycan bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlməyə qadirdir. Ölkəmizin əlverişli coğrafi mövqeyi və iqlimi alternativ enerji mənbələrindən geniş istifadəyə imkan verir.
Fhnews.az xəbər verir ki, bunu “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıqov COP29 çərçivəsində keçirilən “Yenilənə bilən enerji investisiyaları: Davamlı gələcəyə aparan yollar” mövzusunda sessiyada deyib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə genişmiqyaslı işlər aparılır və müsbət nəticələr əldə olunur.
“Günəş və külək enerjisindən səmərəli istifadə Azərbaycanın yaşıl enerji konsepsiyasının əsas elementlərindəndir. Xüsusilə, nəzərə alsaq ki, ölkəmizin günəş və külək potensialı böyükdür, istehsal olunan yaşıl enerjinin ixracı üçün zəruri infrastrukturun olması əsas şərtlərdəndir. Bu sahədə Azərbaycan üçün böyük bir şans var. Çünki enerji istehsalının artırılması planlanlaşdırılıb, indi bunu həyata keçirməyin vaxtıdır. Bu sahədə investisiyaları sürətləndirmək, sektoru inkişaf etdirmək, ölkə iqtisadiyyatının şaxələndirilməsini və təmiz enerjiyə qlobal keçidi dəstəkləmək üçün “Masdar Azerbaijan” MMC fəal işlər aparır. Şirkətin işləyib hazırladığı strateji layihələrə sərmayə yatırılır və əsas bazarlarda çevik platformalar quraraq “ağıllı erkən keçid” yanaşması həyata keçirilir”, - deyə Murad Sadıqov əlavə edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...