“Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında keçirilən “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbiri açıq elan edən general-mayor Vüqar Əliverdiyev bildirib ki, təlim hər iki ölkənin hərbi əməkdaşlığını gücləndirmək və ortaq regional təhlükəsizlik probleminin həllinə birlikdə yanaşmaq məqsədini daşıyan əhəmiyyətli bir addımdır.
Mərasimdə qeyd olunub ki, “Məharət-2024” təliminin əsas məqsədi müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirməkdir.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...