“KOB könüllüləri" proqramına daha 54 gənc qoşulub
İndiyədək “KOB könüllüləri” proqramı çərçivəsində 700-dən çox gəncin bilik və bacarıqlarının, dünyagörüşünün artırılmasına, ilkin əmək vərdişlərinə yiyələnmələrinə dəstək göstərilib.
KOBİA-dan verilən məlumata görə, ölkəmizdə könüllülük hərəkatının genişlənməsinə öz töhfəsini verən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “KOB könüllüləri” proqramına bu ilin yanvar-iyun ayları ərzində müraciətlərin qəbulu davam edib və seçim meyarlarına uyğun olan 54 gənc proqrama cəlb edilib.
“KOB könüllüləri” proqramına müraciətlərin böyük əksəriyyəti agentliyin saytı üzərindən “KOB könüllüsü ol” bölməsi vasitəsilə daxil olub.
Könüllülər KOBİA-nın aparatında, KOB evləri və KOB dostu ofislərində sahibkarların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, sahibkarların məlumatlandırılması və digər işlərdə köməklik göstərirlər.
İndiyədək isə 700-dən çox gənc KOBİA-nın “KOB könüllüləri” proqramına qoşulub. “KOB könüllüləri” proqramı gənclərin, xüsusilə də idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrların müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmasına, ilkin əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...