“Formula 1”ə görə bir neçə küçədə nəqliyyatın hərəkəti məhdudlaşacaq
“Formula 1” üzrə “Qatar Airways” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, 31 avqust saat 08:00-dan axşam saatlarınadək Xəqani küçəsinin Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.
Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev və Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, “Formula 1” Azərbaycan Qran-Prisi 2024-cü il sentyabrın 13-dən 15-dək keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...