“Challenge” turnirinin açılış mərasimi keçirilib
Dünən Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi keçirilib.
Dənizkənarı Milli Parkda təşkil olunan mərasimdə əvvəlcə iştirakçı komandaların paradı baş tutub. Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezident Odette Assembe Engoulou çıxış ediblər.
Yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə 60-a yaxın komanda və 800-ə yaxın idmançı yer alıb. İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalda ustad dərsləri, komandaların rəngarəng yürüşləri, gimnastika hamı üçün növü üzrə nümunəvi çıxışlar və əyləncəli proqramlar əhali tərəfindən böyük coşqu ilə qarşılanıb.
Beynəlxalq “Challenge” turnirinə bu gün yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...