23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

“Böyük Dəbilqə”: Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

11-10-2024
IMG

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinə bu gün start veriləcək.

Fhnews.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 idmançısı tatamiyə çıxacaq.

Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Balabəy Ağayev Aleksandru Tirsina (Moldova) / Dauren Syukenov (Qazaxıstan) görüşünün qalibi, Hüseyn Allahyarov gürcüstanlı Nika Xuzauraşvili ilə qarşılaşacaq.

66 kiloqramda Ruslan Paşayev Teo Raul Ebrar (Fransa) / Raşid Obaid (Birləşmiş Ərəb Əmirlikləri) qarşılaşmasının güclüsü, Rəşad Yelkiyev özbəkistanlı İsmoil Nişonboyevlə üz-üzə gələcək.

Qadınlarda isə 48 kiloqramda Leyla Əliyeva almaniyalı Sara İşt, 57 kiloqramda Acelya Toprak kiprli Marina Azinounu sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycanın 14 cüdoçu ilə təmsil olunduğu “Böyük Dəbilqə” turniri oktyabrın 13-dək davam edəcək.

Paylaş: