23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

12-05-2024
IMG

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkən Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Yelkən Reqatası 2024”ün qaliblərinin 12-də mükafatlandırma mərasimi keçirilib.

Fhnews.az xəbər verir ki, bu il yarışlar "Optimist", "ILCA 4" və "ILCA 6" sinifləri üzrə SFA Yelkən Mərkəzində təşkil olunub.

Mayın 10-da start verilən yarışın finalı bu gün qaliblərin mükafatlandırılması mərasimi ilə yekunlaşıb.

Bu il reqatada milli yelkənçilərimizlə yanaşı, Gürcüstan Yelkən Federasiyası da təmsil olunub.

Tədbirdə Azərbaycan Yelkən Federasiyanın prezidenti Qüdrət Qurbanov və Gürcüstan Yelkən Federasiyanın prezidenti Devi Kituaşvili iştirak ediblər.

“ILCA 6” sinfi üzrə birinci yerin qalibi Murad Hacı-zadə olub. İkinci pillədə Nikoloz Tatarişvili qərarlaşıb. İlk “üçlüy”ü isə Anton Vilayev tamamlayıb.

“ILCA 4” sinfi üzrə birinci yeri Fidan Ağazadə tutub. Gürcüstanlı Kristina Kərimova ikinci, gürcüstanlı Aleks Kituaşvili isə üçüncü yerləri tutublar.

“Optimist Junior” sinfi üzrə birinci yeri Nurlan Ağazadə götürüb. İkinci sırada Səma Mansurzadə, üçüncü pillədə isə Giorgi Grigoliya (Gürcüstan) qərarlaşıblar.

“Optimist qızlar” sinfi üzrə birinci yerin qalibi Nərgiz Məmmədova olub. İkinci pilləyə Emel Məmmədli, üçüncü sıraya isə Nəzrin Məmmədova yüksəliblər.

“Optimist” ümumi sinfi üzrə birinci yeri Nərgiz Məmmədova tutub. İkinci yerə Furkan Mustafayev çıxıb, üçüncü yerin sahibi isə Emel Məmmədli olub.

Xatırladaq ki, "Bakı Yelkən Reqatası" dördüncü dəfədir təşkil olunur.

Paylaş: