“AzInTelecom” və “AzQAC” Qarabağda “Məktəbə Qayıdış” aksiyası keçirib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə birlikdə məktəbli uşaqlara dəstək məqsədilə aksiya həyata keçirib.
Fhnews.az “AzInTelecom”un yaydığı məlumata istinadla xəbər verir ki, “Məktəbə Qayıdış” adlanan aksiya Qarabağ İqtisadi Rayonunda, işğaldan azad edilmiş ərazilərdə baş tutub.
Aksiya çərçivəsində Füzuli və Xocavənd rayonlarının qəsəbə və kəndlərində məskunlaşmış 200 uşağa məktəbli çantası və digər ləvazimatlar hədiyyə edilib.
Sonda təşkilatçılar yeni tədris ilinin başlaması münasibətilə şagirdləri təbrik edərək dərslərində uğurlar arzulayıblar.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...