“AzerGold”un nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib
“AzerGold” QSC-nin nümayəndə heyəti “R.V. Investment Group Services, LLC” ilə bağlanmış saziş üzrə səlahiyyətlərinin icrası çərçivəsində “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər ediblər.
QSC-dən verilən məlumata görə, Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov və QSC-nin nəzdində yaradılmış işçi qrupunun üzvləri, o cümlədən digər səlahiyyətli şəxslər ilk olaraq Gədəbəy rayonunun Söyüdlü kəndinin yaxınlığında yerləşən nəm tullantı anbarına və digər infrastruktur obyektlərinə baxış keçiriblər.
Nümayəndə heyətinə “Gədəbəy” saziş sahəsinin nəm tullantı anbarının dayanıqlığının təmin edilməsi məqsədilə dayaq bəndin tikinti prosesi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, “AzerGold” QSC tərəfindən həyata keçirilən operativ dəstək tədbirləri nəticəsində tikintinin layihə sənədlərinin aidiyyəti üzrə dövlət qurumlarından razılaşdırılması və icazə sənədlərinin əldə olunmasından sonra avqust ayından etibarən başlayan tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında yekunlaşdırılması nəzərdə tutulur.
Daha sonra “AzerGold” QSC və “R.V. Investment Group Services, LLC” şirkətinin ölkəmizdəki mədən layihələri üzrə operatoru “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMKL) nümayəndələri arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold” QSC-yə ötürülməsindən sonra görülən işlər müzakirə olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...