“AzerGold”da təhlükəsiz iş saatları 5,6 milyona yaxınlaşıb
Cari ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə ardıcıl və sistemli tədbirlər həyata keçirilib.
QSC-dən verilən məlumata görə, nəticədə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-də təhlükəsiz iş saatlarının miqdarı 918 min 41 saata, ümumilikdə fəaliyyət dövrü ərzində isə 5 milyon 553 min 988 saata çatıb.
Qeyd edək ki, QSC tərəfindən mədənlərdə və istehsalat sahəsində qanunvericiliyin tələbləri və mütərəqqi beynəlxalq təcrübə əsasında təhlükəsiz əmək şəraiti yaradılıb. Əməkdaşlar müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Onların həyat və sağlamlığının qorunması, iş prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...