“Azərkosmos” İtaliya şirkəti ilə əməkdaşlığı genişləndirir
“Azərkosmos” və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Fhnews.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, müqaviləyə əsasən, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin Bakı teleportunda 3,7 metrlik S/X diapazonlu anten quraşdırılıb.
Yerüstü stansiyada quraşdırılan müasir anten sistemi müxtəlif peyklərdən toplanan kritik məlumatların emalı və ötürülməsini, peyk şəbəkələri arasında nəzarəti, eləcə də kosmosdakı cihazların monitorinqini həyata keçirmək üçün geniş imkanlar təqdim edir. “Azərkosmos”un çoxfunksiyalı teleportu Avropa, Asiya və Afrika ölkələrindən olan müştərilərə – VNO (Virtual şəbəkə operatoru), VSAT (kiçikölçülü anten terminalı), data, rabitə xidmətləri və həlləri təqdim edir. Bakı teleportunun yerləşdiyi coğrafi məkan həm əməliyyat, həm də kommersiya baxımından yeni və daimi müştərilər üçün əlverişlidir. Teleport tələb olunan standartlara uyğun dayanıqlıdır.
Qeyd edək ki, bu anten sistemi “Leaf Space” şirkətinin ölkəmizdə investisiya etdiyi sayca ikinci uğurlu infrastruktur layihəsidir. 2022-ci ildə şirkət Bakı teleportunda 3,7 metrlik S/X diapazonlu yerüstü anten quraşdırmışdı. Quraşdırılan hər iki anten “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradır.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...