“Azərkosmos” gəlirlərinin 77 faizini xidmət ixracından əldə edib
Cari ilin yanvar-fevral aylarında Azərbaycanın Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 3 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri) ixrac olunub. Bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6 ölkə çox və 16,7 faiz azdır.
Fhnews.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizidir.
Bu ilin fevral ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib.
Cari ilin yanvar-fevral ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 886,1 min dollar ilə Birləşmiş Krallıq, 650,3 min dollar ilə Lüksemburq, 219,1 min dollar ilə BƏƏ, 139,1 min dollar ilə Pakistan və 135,4 min dollar ilə Almaniya qərarlaşıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...