23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Azərişıq” Binə qəsəbəsində yenidənqurma işlərini davam etdirir

27-08-2024
IMG

“Azərişıq” ASC ölkənin bütün regionları ilə yanaşı, Bakının ətraf kənd və qəsəbələrində də elektrik təsərrüfatını yeniləyir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri çərçivəsində Xəzər rayonunda nəzərdə tutulan 27 yeni güc mərkəzindən 20-si artıq quraşdırılıb.

“Azərişıq”dan verilən məlumata görə, bir sıra KTM-lərdə son tamamlanma işləri həyata keçirilir. Rayonun 45 minə yaxın abonenti olan Binə qəsəbəsinin də elektrik şəbəkəsi yenidən qurulur. Binə qəsəbəsində 9 ədəd yeni güc mərkəzi layihələndirilib. Bunlardan 5-i tamamlanıb, 4-də isə tamamlanma işləri görülür.

Binə Sovxoz ərazisində də tələbata uyğun olaraq yeni güc mərkəzi yaradılır. Qəsəbədə 0.4 və 6 kV-luq elektrik xətləri yenisi ilə əvəzlənir, izolyasiyalı naqillər çəkilir, müasir dayaqlar basdırılır, köhnə sayğaclar yenilənir. Bir sıra ərazilərdə elektrik enerjisinin verilişində yaranan çətinliklərin aradan qaldırılması üçün 6/10 kV-luq hava xətlərində təmir işləri aparılır.

Abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” yenidənqurma işlərini ölkənin bütün regionlarında, həmçinin Qarabağ və Şərqi Zəngəzurda paralel şəkildə davam etdirir.

Paylaş: