“Azəriqaz” ödəniş sisteminin fəaliyyəti müvəqqəti dayandırılacaq
Qaz abonentləri üçün ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq.
Fhnews.az xəbər verir ki, “Azəriqaz” İB-dən verilən məlumata görə, “SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İB-nin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq. Buna görə də ödəniş sistemi bu gün saat 22:00-dan sabah saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.
“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda qeyd olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...