“Abşeron” yatağından bir ildə hasil edilən qaz və kondensatın həcmi açıqlanıb
“Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1,5 milyard kubmetrdən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.
Fhnews.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir”,- deyə nazir vurğulayıb.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ötən ilin iyulunda İHS mərhələsi üzrə hasilata başlanılıb. JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə edilən layihədə SOCAR və “TotalEnergies” hər biri 35 faiz, ADNOC isə 30 faiz paya sahibdir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...