Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti fevralın 5-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara və Yardımlıda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.
MEDİA: Bir sıra sosial şəbəkələrdə...
Bu gün Bakının 549 küçəsi yuyulub...
Nazir Kəmaləddin Heydərov BMMT-nin yeni...
Dünya səyyahları Cəbrayılda mina...
Sabah 41 dərəcə isti olacaq...