KOBİA-da sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) sahibkarlarla görüş keçirilib.
Fhnews.az agentliyə istinadla xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tərəfindən keçirilmiş görüşdə sahibkarların müraciətləri dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı ətraflı izahat verilib, sualları cavablandırılıb. Sahibkarların araşdırma tələb edən müraciətləri isə baxılması üçün qeydiyyata alınıb.
Görüşdə iştirak edən sahibkarlar biznesin inkişafına dair müxtəlif məsələlərlə bağlı müraciət ediblər.
Qeyd olunub ki, sahibkarlar KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı agentliyin 131 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala, www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə müraciət edə və “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...