İtaliyanın müdafiə naziri Azərbaycanda səfərdədir
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və nazirliyin digər rəhbər heyəti qarşılayıb.
İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...