İsmayıllıda selin bəzi yollarda yaratdığı fəsadlar aradan qaldırılıb
Yağan güclü yağış nəticəsində yaranan sel suları İsmayıllı rayonunun bir-neçə kəndinə gedən torpaq əsaslı və çınqıl örtüklü yollarda problemlərə səbəb olub.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yağıntılar nəticəsində yaranmış problemlərlə bağlı ərazilərə Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan işlər çərçivəsində rayonun Zərnava, Müdri və digər kəndlərinə gedən yollarda sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış küvetlər yenidən qurulub, zəruri ərazilərdə dəmir suötürücü borular quraşdırılıb.
Sözügedən yolların hər birində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...