İsmayıllı şəhərində magistral su kəmərinin köçürülməsi işləri yekunlaşıb
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar ərazidən keçən 355 mm diametrli 400 metr uzunluğunda magistral su xətti köçürülüb.
Fhnews.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, bu səbəbdən magistral kəmərlə suyun nəqli dayandırılsa da, su təchizatında fasilə yaranmayıb. İsmayıllı şəhəri anbarlarında toplanmış ehtiyat hesabına əhali içməli su ilə təmin olunub.
Magistral kəmərin köçürülməsi işləri artıq yekunlaşıb və İsmayıllı şəhərinin bu kəmər vasitəsilə içməli su təchizatı əvvəlki rejimdə davam etdirilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...