23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

İSB “Yaşıl kart” sisteminə üzv ölkələrə səfər etmək istəyənlərə müraciət edib

16-10-2024
IMG

İcbari Sığorta Bürosu (İSB) “Yaşıl kart” sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşlara müraciət edib.

İSB-dən verilən məlumata görə, bu növ üzrə İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının iştirakçısı olan sığorta şirkətlərinin siyahısı belədir: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.

Sistem 43 “Yaşıl kart” bürosunun təmsil etdiyi 47 üzv ölkədən ibarətdir. Büro “Yaşıl kart” sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Paylaş: