İqtisadiyyat Nazirliyi I yarımildə Çağrı Mərkəzi ilə 350 minə yaxın müraciət qəbul edib
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 346 485 müraciət daxil olub.
Fhnews.az nazirliyə istinadən xəbər verir ki, bunun 305 130-u canlı rejimdə, 41 355-i isə səsli menyu xidməti vasitəsilə qəbul edilib.
Müraciətlər əsasən istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Müraciətlər operativ cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə tədbir görülüb.
Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Göstərilən xidmətlər ödənişsizdir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...