İndoneziyada 6,5 bal gücündə zəlzələ baş verib
İndoneziyanın şərqindəki Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, yerli vaxtla saat 14:48-də Abepuradan təxminən 200 kilometr qərbdə 6,5 bal gücündə zəlzələ qeydə alınıb.Zəlzələ 70,1 kilometr dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
ABŞ-da yerləşən Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi zəlzələdən sonra sunami xəbərdarlığının verilmədiyini bildirib.
ABŞ-da şatdaun səbəbindən 700-ə yaxın...
Filippində “Kalmaegi” qasırğası...
Bu gün ilin ən güclü geomaqnit qasırğası...
Media: Şimali Koreya ballistik raket...
İndoneziyada Semeru vulkanı püskürüb...