23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) ölkədə olan operator və provayderlərlə radiotezliklər spektrinin perspektiv istifadə planı müzakirə edilib.

Fhnews.az xəbər verir ki, İKTA-dan verilən məlumata görə, Radiotezliklər üzrə Dövlət Komissiyasının Katibliyinin rəhbəri, Agentliyin İdarə Heyəti sədri vəzifəsini icra edən Nail Mərdanov radiotezliklərdən səmərəli istifadənin təşkili üçün atılan addımlar haqqında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə əsasən, Azərbaycanın radiotezliklər spektrindən perspektiv istifadə planını və tezlik zolaqlarının ayrılma cədvəlini hazırlamaq və təsdiq etmək Dövlət Komissiyasının vəzifəsi, həmin cədvələ uyğun olaraq tədbirlər görmək isə Dövlət Komissiyasının hüququdur.

Komissiya rəsmisi əlavə edib ki, radiotezliklərdən səmərəli istifadənin təşkili məqsədilə operator və provayderlər üçün təkliflər hazırlanıb və komissiyanın qəbul etdiyi perspektiv istifadə planının, həmçinin həmin təkliflərin qısa müddətdə maksimum icrasının təmin edilməsi arzuolunandır.

Görüş zamanı o da bildirilib ki, Dövlət Komissiyasının əsasnaməsindən və perspektiv istifadə planından irəli gələn məsələlərin müzakirəsi davam etdiriləcək.

Paylaş: