23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

İİTKM: Qlobal beyin mərkəzlərinin əməkdaşlığı iqlim problemlərinin həllində böyük əhəmiyyət kəsb edir

16-11-2024
IMG

“Bu gün Bakıda keçirilən Beynəlxalq Beyin Mərkəzləri Forumu COP29 tədbiri çərçivəsində təşkil edilib. Bizim qonaqlarımız dünyanın ən böyük beyin mərkəzləridir”.

Fhnews.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Forum İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Asiya İnkişaf İnstitutunun birgə tərəfdaşlığı ilə keçirilir: “Forumda əsas məqsəd qlobal problemlərin birgə müzakirəsi, beyin mərkəzləri arasında əməkdaşlıq və tərəfdaşlıq məsələlərinə baxılması, eyni zamanda, gələcək əməkdaşlıq məsələlərinin həlli istiqamətində platformanın qurulmasıdır”.

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həm Asiya İnkişaf Bankı İnstitutu, həm də “Böyük iyirmilik”, “Böyük yeddilər” və onların əsas məsləhətçiləri olan qlobal beyin mərkəzləri ilə sıx əməkdaşlıq etməkdədir. Bu, bizim artıq ikinci tədbirimizdir ki, birgə keçirilir. Ümumiyyətlə isə bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, qlobal beyin mərkəzlərinin əməkdaşlığı indiki dövrdə iqlim problemlərinin həllində çox böyük əhəmiyyət kəsb edir. Qlobal beyin mərkəzləri məhz dövlətlərin siyasi kurslarının formalaşmasında çox mühüm rol oynayır və əsas məsləhətçi rolunda çıxış edirlər”, - A.Müseyibov bildirib.

O, həmçinin vurğulayıb ki, bugünki tədbirin keçirilməsi həm də Azərbaycanın nüfuzunun daha da yüksəldilməsi, ölkəmizin əldə etdiyi nailiyyətlərin təbliğ olunması baxımından da kifayət qədər mühüm əhəmiyyət kəsb edir: “İqlim problemlərinin həlli təkcə təbiət hadisəsi deyil, həm də iqtisadiyyatın, səhiyyənin və sosial məsələlərin müzakirə edilməsidir”.

Paylaş: