ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək.
Fhnews.az təşkilatın mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, ICESCO-nun Baş direktoru Salim Əl-Malik Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə iki qurum arasında mədəniyyət, xüsusilə mədəni irsin qorunması və qiymətləndirilməsi sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edib.
Özbəkistanın Zamin şəhərində bu ölkənin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 2-ci Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində keçirilən görüşdə vurğulanıb ki, mədəni irsin qorunması və qiymətləndirilməsi ICESCO-nun yeni vizyonunun və strateji istiqamətlərinin əsasını təşkil edir, həmçinin davamlı inkişafa nail olunmasında mühüm əhəmiyyətə malikdir.
ICESCO ilə Türk Dövlətləri Təşkilatı arasında 2024-cü il iyunun 13-də imzalanmış anlaşma Memorandumuna uyğun olaraq ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında daha sıx əməkdaşlığın qurulmasının vacibliyi vurğulanıb. Bu kontekstdə türk dövlətlərindən olan gənclərin iştirakı ilə seminarların və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...