"Həzi Aslanov" metrostansiyasının əsaslı təmiri ilə bağlı ilkin mərhələ yekunlaşıb
“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb.
Fhnews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O bildirib ki, müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmirinə başlanılması gözlənilir: “Bakı metrosunda həmin zaman qatarların hərəkət qrafiki ilə yanaşı, baş verəcək digər dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim olunacaq”.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...