Harvard Universitetinin professoru: Müəssisələr karbon emissiyasından imtina edərək yaşıl enerjiyə keçid etməlidir
Məlum faktdır ki, iqlim dəyişiklikləri karbon emissiyalarının atmosferə buraxılmasının nəticəsidir. Əgər hər birimiz karbon emissisiyasının azaldılması istiqamətində səylərimizi birləşdirsək, qısa vaxt ərzində qlobal iqlim probleminin həllinə nail olarıq.
Fhnews.az xəbər verir ki, bu barədə Harvard Universitetinin professoru Rikardo Hausmann “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi il bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, bu böyük hədəfə nail olmaq üçün müxtəlif üsullar, Pariş Sazişi, COP prosesləri mövcuddur.
“Bunun üçün müəssisələr öz fəaliyyətinə ciddi dəyişikliklər etməlidir. Belə ki, müəssisələr, zavodlar, fabriklər yanacaq qalıqlarından, karbon emissiyasından imtina edərək, yaşıl enerjiyə keçid etməli, elektrik enerjisinə üstünlük verməlidir”, - deyə professor əlavə edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...