Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib
Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda birlik, birləşmə və əlahiddə bölmələrdən 6 komanda üzrə 59 nəfər iştirak edib. Komandalar müxtəlif məsafələrə qaçış, turnikdə dartınma, turnikdə aşaraq dayağa qalxma, eləcə də estafet yarışlarında güclərini sınayıblar.
Yarışa Quru Qoşunlarının fiziki hazırlıq və idman bölməsinin zabitləri hakimlik ediblər.
Hərbi qulluqçuların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi məqsədilə keçirilən yarışın yekununda qaliblərə kubok və medallar təqdim edilib.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...