Hərbi İdarəetmə İnstitutunda komandir və rəis heyəti ilə toplanış keçirilib
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda briqada komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəisləri ilə toplanış keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində toplanışın başa çatması münasibətilə keçirilən buraxılış mərasimində müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Baş Qərargah rəisi iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayıb, onları toplanışı müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
General-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb, peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.
Müdafiə nazirinin birinci müavini çıxışında Prezident İlham Əliyevə çoxməqsədli JF-17C (Block-III) təyyarələrinin təqdimatının və Bakıda keçirilmiş "ADEX" Beynəlxalq Müdafiə Sərgisinin əhəmiyyətini xüsusi qeyd edib.
Sonda toplanışa cəlb olunmuş və müvəffəqiyyətlə bitirmiş heyətə sertifikatlar təqdim edilib.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...