Gürcüstandan idxal olunmuş dondurulmuş toyuq əti məhsulunda uyğunsuzluq aşkarlanıb
"Halal Food" MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi “Chirina LTD” müəssisəsinin istehsalı olan ümumi çəkisi 5048 kiloqram dondurulmuş toyuq əti məhsulu partiyalarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Fhnews.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, aparılan sınaq nəticəsinə əsasən nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhvi barədə qərar qəbul edilib.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...