Gürcüstan bu il Azərbaycandan 3,017 milyard kubmetr təbii qaz almağı planlaşdırır
Cari ildə Gürcüstanın daxili tələbatının ödənilməsi üçün 3,231 milyard kubmetr həcmində təbii qaz lazım olacaq. Bunun da 99,6 faizi xaricdən alınacaq.
Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin cari il üçün təsdiq edilmiş təbii qaz balansına dair sənəddə qeyd olunub.
Bildirilir ki, tələbatı ödəmək üçün Gürcüstan Azərbaycandan 3,017 milyard kubmetr təbii qaz idxal etməyi planlaşdırır.
Sənədə əsasən, Gürcüstan ümumilikdə 3,217 milyard kubmetr “mavi yanacaq” idxal etməyi planlaşdırır. Bu həcmin 200 milyon kubmetri Rusiyanın payına düşəcək.
Azərbaycan Gürcüstana bu enerji resursunu ixrac edən əsas ölkədir. Lakin 2023-cü ildə Rusiyadan Gürcüstana təbii qazın ixrac həcmi xeyli artıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...