Görüşdə yerli, regional və qlobal səviyyədə gənclərlə işin təşkilində fikir mübadiləsi aparılıb
İyulun 18-də gənclər və idman naziri Fərid Qayıbov BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə görüşüb.
Fhnews.az xəbər verir ki, görüşdə bu il COP29 Sədrliyinin rəhbərliyi altında ölkəmizin ev sahibliyi edəcəyi iqlim fəaliyyətləri ilə, eləcə də COP29-a hazırlıq tədbirləri ilə bağlı yerli, regional və qlobal səviyyədə gənclərlə işin təşkilində fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, COP29 çərçivəsində konfrans məkanında Gənclər və İdman Nazirliyi dinamik platforma ilə təmsil olunacaq. Bu zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair gənclərin müzakirələr, panellər və əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirəcək. Nazirlik, həmçinin COP29 öncəsi bir neçə mühüm qlobal gənclər təşəbbüs üzrə partnyor qismində çıxış edəcək.
Görüşdə gənclər və idman nazirinin müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rəşad Allahverdiyev, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova və digər şəxslər iştirak ediblər.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...