Gimnaziadada iştirak edəcək Azərbaycan boksçuları müəyyənləşib
Azərbaycan boksçuları Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək Gimnaziadada mübarizə aparacaqlar.
Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, məktəblilər arasında təşkil olunacaq yarışda ölkəmizi yeniyetmələrdən ibarət komanda təmsil edəcək. Gimnaziadada Əli Əliyev (46 kiloqram), Şahin Mustafatev (48 kiloqram), Nihat Qasımov (50 kiloqram), Zakir Həsənzadə (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Tamerlan Əlimzanov (57 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Valeh Eyvazlı (66 kiloqram), Rza Rzayev (70 kiloqram), Adil Zalov (75 kiloqram), Səfdər Məmmədzadə (+80 kiloqram), Gülər Hüseynova (46 kiloqram), Banuçicək Nəsirli (48 kiloqram), Aylin Nəzərova (50 kiloqram), Aysun Mikayılova (52 kiloqram), Tağı Əminə (54 kiloqram), Mələk Hümbətova (57 kiloqram) və Dəniz Babayevaya (63 kiloqram) güclərini sınayacaqlar.
Bəhreyndə azərbaycanlı hakimlərdən Asif Məmmədov və Fərhad Rəhmanov ədaləti qoruyacaq.
Qeyd edək ki, boks yarışları oktyabrın 25-dən 30-dək keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...