Gimnaziadada Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub
Bəhreynin paytaxtı Manamada keçiriləcək Gimnaziada İdman Oyunlarında çıxış edəcək Azərbaycan şahmatçıları bəlli olub.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, məktəblilərin iştirak etdiyi oyunlarda ölkəmizi Paşam Əlizadə, Rüstəm Rüstəmov, Yunis Mahmudzadə, Tunar Davudov, Dinara Hüseynova, Lalə Hüseynova, Nurtən Nuriyeva, Məryəm Ağaverdiyeva, Nərmin Abdinova və Səadət Bəşirli təmsil edəcək.
Gimnaziadada şahmat yarışları oktyabrın 25-29-da təşkil olunacaq. Azərbaycan şahmatçıları sözügedən ölkəyə ayın 23-də yola düşəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...