Gimnaziada: Azərbaycanın bir güləşçisi qızıl, dördü bürünc medal görüşünə çıxacaq
Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında sərbəst güləş yarışlarına start verilib.
Fhnews.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 11 idmançısı xalça üzərinə çıxıb. Onlardan yalnız Hüseyn Hüseynov (55 kiloqram) finala vəsiqə qazanıb.
Ramal Hüseynov (51 kiloqram), Fərid Ağasızadə, Hüseyn İsmayılov (hər ikisi 65 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...