Gənc bilyardçılar arasında ölkə birinciliyinin qalibi məlum olub
Bilyardın “Pool 9” intizamı üzrə ölkə birinciliyi keçirilib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Bilyard Federasiyasından verilən məlumata görə, 12-19 yaş kateqoriyasında ən gənc bilyard ustaları arasında baş tutan turnirdə Ədalət Məmmədov qızıl medal qazanıb. Rəvan İbrahimli gümüş, Abbas Cəfərov və Süleyman Babayev isə bürünc medallara yiyələniblər.
Yarışın keçirilməsində məqsəd gənclərin idmana olan marağını artırmaq və onların bacarıqlarını üzə çıxarmaqdır.
Qeyd edək ki, iyulun 6-dan 12-dək keçirilmiş ölkə birinciliyi Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...