Gədəbəyin daha bir kəndində elektrik şəbəkəsi yenilənib
“Azərişıq” ASC tərəfindən Gədəbəyin ötən əsrin 60-70-ci illərindən qalma köhnə elektrik xətləri yenilərilə əvəzlənir.
“Azərişıq” ASC-dən verilən məlumata görə, rayonunun Arısu kəndində yenidənqurma işləri yekunlaşıb. Kənddə sakinlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı kabel xətləri çəkilib, dayaqlar basdırılıb.
350 abonenti olan Xar-xar kəndində isə işlər davam edir. Kənddə 0,4 kV-luq yeni kabel xətləri çəkilib və dayaqlar basdırılıb. Müasir standartlara cavab verən yeni tipli sayğac qutuları quraşdırılıb və sayğaclara giriş naqilləri çəkilib. Əlavə 250 kVA-lıq transformator quraşdırılıb.
Bundan başqa, Arıqıran və Zəhmət kəndlərində elektrik təsərrüfatının yenilənməsi işləri hələ də davam etdirilir. Yeni elektrik xətlərinin keçdiyi ərazilərdə dayaqlar basdırılır.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...