23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

"Formula 2": Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub

13-09-2024
IMG

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.

Fhnews.az xəbər verir ki, ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi birinci olub.

"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ilk pilləni tutub.

Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Paylaş: